Bu gün İranın Kerman əyalətinin Faryab şəhərində 4,7 bal gücündə zəlzələ baş verib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
İSNA-nın xəbərinə görə, yerli vaxtla saat 07:53-də meydana gələn zəlzələ 9 kilometr dərinlikdə qeydə alınıb.
Hələlik zəlzələ nəticəsində dağıntıların, ölən və ya yaralananların olub-olmaması məlum deyil.
İranın Xorasan Rəzəvi əyalətinə yağan fasiləsiz yağışlar zamanı baş verən daşqınlar nəticəsində azı yeddi nəfər ölüb, bir neçə sakin itkin düşüb.
“Fransa adadakı vəziyyətə görə Yeni Kaledoniyaya qoşun yeridib”.